Sevgili olduqlarını sosial şəbəkədə elan etdilər

Sevgili olduqlarını sosial şəbəkədə elan etdilər

14 Dekabr 2017 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddətdir eşq yaşadıqları deyilən müğənni Alişanla aktrisa Buse Varol sevgili olduqlarını sosial şəbəkədə elan ediblər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəklini İnstaqram hesabında yerləşdirən Buse "Külək əsdi üstümə, səni vurdu üzümə" mahnı sözlərini paylaşıb. Alişan isə aktrisanın bu paylaşımına "ürək" işarəsi ilə qarşılıq verib.

Qeyd edək ki, Alişanla Buse "Dostlar məhəlləsi" serialında tərəf-müqabilidirlər.