Aygün “Altın Kelebek”dən niyə imtina edib?

Aygün “Altın Kelebek”dən niyə imtina edib?

13 Dekabr 2017 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə təqdim olunan "Altın Kelebek" mükafatı ölkəmizdə də ən çox müzakirə olunan mövzulardandır. Yarışmada "Azərbaycanın ən parlaq ulduzu" mükafatının təqdim olunması da birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə bu addıma görə təşkilatçılar kəskin tənqidə məruz qalıb.

Mediainfo.az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, "Altın Kelebek"də iştirak etmək üçün təşkilatçılar ilk olaraq xalq artisti Aygün Kazımovaya müraciət ediblər. Ancaq xalq artisti bu dəvəti geri çevirib və orada iştirakdan imtina edib. Müğənninin hansı səbəbdən belə addım atdığı isə açıqlanmayıb.

Məsələylə bağlı sayta açıqlamasında A. Kazımova ümumiyyətlə bu mövzu haqda danışmaq istəmədiyini deyib: "Mənim statusum bu haqda danışmağa imkan vermir, imtina səbəbini isə açıqlaya bilməyəcəm. Ümid edirəm ki, məni anlayışla qarşılayacaqsız".