"Azərbaycanlı iş adamları türkiyəli müğənnilərə bahalı hədiyyələr verirlər"

"Azərbaycanlı iş adamları türkiyəli müğənnilərə bahalı hədiyyələr verirlər"

7 Dekabr 2017 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Gel konuşalım" verilişində Hadisənin Yeni ildə Bakıda çıxış etməsi müzakirə olunub.

Sənətçinin gecə üçün 1 milyon lirə (təxminən 500 min manat) alması aparıcılar Hakan Ural və Seda Akgülü təəccübləndirib. Onlar bu qədər pulun Hadisəyə verilməsini qınayıblar.

Hakan bildirib ki, azərbaycanlı iş adamları türkiyəli müğənnilərə bahalı hədiyyələr verirlər:

"Azərbaycanda pul var. Orada bəzi iş adamları müğənni üçün bu pulu ödəyirlər. Bəzi iş adamları keçən il gündəmə gəlmişdi. Sənətçilərimiz üçün bahalı saat və başqa hədiyyələr verirlər.

Seda, sən də iki mahnı oxu, get orada qazan. İllik xərcini ödəyərsən. Biz də aparıcı kimi Azərbaycana gedək".

Seda "Bizi orada sevirlər. İki mahnı öyrənərəm, gedib orda oxuyaram. Azərbaycandan təkliflərə hazırıq. Həftə sonları boşuq, dəvət edin gələk" cavabını verib.Axşam.az