Hadisənin modellə sevgili olduğu təsdiqləndi - video

Hadisənin modellə sevgili olduğu təsdiqləndi - video

2 Dekabr 2017 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Hadisənin "Sıfır Tolerens" klipinə çəkildiyi fransız model Aurelien Mullerlə sevgili olduğu iddia edilir.

Bu barədə ifaçı heç nə deməsə də, amma bacısı xəbəri təsdiqləyib.

O, sənətçinin modellə Nyu-Yorkda tətildə olduğunu və bir-birini tanımağa çalışdığını vurğulayıb.

Xatırladaq ki, Hadisə Mullerlə kamera qarşısına keçərkən 7 il sonra ilk dəfə biri ilə əl-ələ görüntülənib.

Hadisə sonuncu dəfə 2010-cu ildə sevgilisi olmuş müğənni Sinan Akçılla əl-ələ görüntülənmişdi.Axsam.az