Samirlə Kamran arasındakı pul qalmaqalı böyüyür

Samirlə Kamran arasındakı pul qalmaqalı böyüyür

27 Oktyabr 2017 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı məhkəmə prosesi hələ də davam edir.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcının ondan 110 min aldığını, uzun müddətdir qaytarmadığını deyib. Tərəflərin pul söhbəti məhkəməyə qədər gedib.

S.Piriyev uzun müddətdir Kamranı məhkəməyə şikayət etsə də hələ bir nəticə olmamasından gileylənib:

"Son günlər eşidirəm ki, Kamran istintaqdan şikayətlənir. Kamran Həsənli nədən şikayət edir, onu himayəsinə alan istintaqdan? Sübuta yetirilmiş dələduzluq faktı ola-ola hələ də azadlıqda gəzməkdən şikayətçidir? Bu adama iki ildir dayaq durublar. Kamran öz dələduzluğunu özü sübut edib. Özü dedi ki, 15 min dolların əvəzinə maşınını verib və 10 min dolları nəğd qaytarıb. Mənə borcu yox idisə, niyə bu qədər pulu verirdi?

Kamranın səs yazılarını həm istintaqa, həm də mətbuata təqdim etdik, nə dəyişdi? İşlə əlaqəsi olan türkiyəli iş adamını da orada polis həbs edib, izahat alıb bura göndərdi. Həmin şəxs dedi ki, pulu Kamrandan alıb, mənimlə heç bir işbirliyi yoxdur.

Kamran müğənni Qismətdən də izahat alınmasını istəyir. Bunu onunla əlbir olan müstəntiq necə etsin? Qismət mühacir həyatı yaşayan adamdı, Bakıya gələ bilmir, müxalifətin fəalıdır, polis nə edir onun dediklərini?

Kamran bütün müsahibələrini müxalifət saytlarına verir. 1990-cı illərin əvvəlində onun hansı siyası baxışlarının olduğunu hamı bilir, bunu xatırlatmağa gərək yoxdur.

Bu qədər dələduzluq edən aparıcı hələ də azadlıqdadır. Çox böyük oyun oynayır, istintaq onu himayəsində saxlayır".

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.