Türkiyə gözəli dünyasını dəyişdi

Türkiyə gözəli dünyasını dəyişdi

27 Oktyabr 2017 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Türkiyə gözəli Manolya Onur dünyasını dəyişib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə keçmiş modelin qızı Nilufər Elif Şah məlumat yayıb:

"Canım anamı bu səhər itirdim. Bu günədək xəstəxanaya gələn və onu axtaran hər kəsə təşəkkür edirəm. Cənazə namazı qılındıqdan sonra Zincirlikuyu qəbiristanlığında əfn ediləcək. Anama Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, ağciyərlərinə gedən damarların birinin tıxanması nəticəsində halı pisləşən və dərhal xəstəxanaya aparılan Manolya Onur dünən komaya düşmüşdü.

Manolya Onur sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi, Heydərabad məliyi Mukarram Bereket Şahın keçmiş həyat yoldaşı olub. Onlar 1990-94-cü illərdə ailəli olublar.