Keçmiş Türkiyə gözəli komaya düşdü - Beyni öldü

Keçmiş Türkiyə gözəli komaya düşdü - Beyni öldü

26 Oktyabr 2017 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

1975-ci ildə "Türkiyə gözəli" müsabiqəsində ikinci olan Manolya Onurun vəziyyəti pisləşib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, xəstəxanaya yerləşdirilən keçmiş modelin beyin ölümü gerçəkləşib. Komaya düşən 62 yaşlı Manolyanın ağciyərlərinə gedən damarlardan biri tıxanıb. O, qızı Nilufər Şah tərəfindən xəstəxanaya çatdırılmışdı.

Qeyd edək ki, Manolya Onur sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi, Heydərabad məliyi Mukarram Bereket Şahın keçmiş həyat yoldaşı olub. Onlar 1990-94-cü illərdə ailəli olublar.