“Maşın” Şounun qalibi açıqlandı

“Maşın” Şounun qalibi açıqlandı

26 Oktyabr 2017 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun final gecəsi baş tutub.

Mediainfo.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu veriliş bu dəfə fərqli formatda başlayıb. Əvvəlki finalllardan fərqli olaraq maşın çəkiliş meydançasında olmayıb. Murad Ddaşov artıq maşının qalibinin bəlli olduğunu bildirib və bu gecə qalibin adının açıqlanacağını bildirib.

15-ci sürətin bağlanış mərasiminin açılışını isə Rəhim Rəhimli edib.

Rəhimin ifasından sonra maşın tarixində fərqlənən iştirakçıların mükafatlandırılma mərasimi başlayıb. Maşın realiti şousunun ən dözümlü iştirakçı adına Xatirə İslam, ən kövrək iştirkaçı DJ Çina, ən çox səs toplayan iştirakçı xalq artisti Mübariz Tağıyev (94,94 fazi səs toplayıb), ən çox iştirak edən şəxs Günel Ələkbərova, şousunun ağsaqqalı, xanəndə Teymur Mustafayev, unudulmaz iştirakçısı reper Hüseyn Dərya (mükafat mərhum reperin oğluna hədiyyə olundu), şounun ilk ulduzu rejissor Kənan Mahmudov, ən qalmqallı iştirakçı nominasiyasına isə Pərvin Abıyeva və Səidə Sultan layiq görülüblər. Lakin Pərvin Abıyeva o günləri xatırlamaq istəmədiyini deyərək mükafatdan imtina etdiyindən hədiyyə Səidə Sultana təqdim olunub. Maşın şounun dostu nominsiyası isə hacı Nurana təqdim olunub.

Maşın Şounun əsas hədiyyəsi isə Talıb Taleyə təqdim olunub.