Murad Dadaşovun intellektini zibilə yük etdilər

Murad Dadaşovun intellektini zibilə yük etdilər

23 Oktyabr 2017 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquq müdafiəçisi Əvəz Həsənov telekanallarda yayımlanan "Maşın Şou"nun aparıcısı Murad Dadaşovdan yazıb.

Gununsesi.info-nun xəbərinə görə, Əvəz Həsənov özünün sosial şəbəkədəki hesabında Murad Dadaşovun potensialının uğursuz layihələrə sərf edilməsindən təəssüfünü ifadə edib.

Hüquq müdafiəçisi yazır:

Murad Dadaşov Azərbaycan və Rus dillərini gözəl bilən intellektual insandır. Yaxşı siyasi və ictimai əhəmiyyətli tok-şoular apara bilərdi. Onun kimi müsahibləri ilə blits manevr etmək imkanı olan az adam tapılardı. Amma, onu Azərbaycanda ən düşük tok-şouları aparmağa təyin etməklə adamın intellektini zibilə yük ediblər. Sonra da deyirik ki, niyə bizim rus dilli auditoriyada səsimiz eşidilmir.
Murad kimi rus dilli intellektualı avtovağzal restoranının aparıcısı ediblər.