Faiq Ağayev bu işə 300 min xərclədi

Faiq Ağayev bu işə 300 min xərclədi

23 Oktyabr 2017 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Faiq Ağayev konsertlə bağlı iddialı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişində bildirib ki, şou-biznesdə ən çox konsert verən özüdür:

"İldə bir konsert edirəm, mənim üçün çox asan bir şeydir. Konsert başqa bir təcrübədir. 1990-cı illərdən bu yana həmyaşıdlarım arasında ən çox konsert verən müğənniyəm. Çox məşəqqətlidir, maliyyə lazımdır. Yatırım etməlisən. Nüfuz sahibi olmalısan ki, hansısa şirkət pulu sənə versin.

Son konsertimin maliyyə dəyəri fikirləşdik 250 min olacaq. Amma 300 min oldu. Bu məbləği bilet satışından ödəmirik. Biletin pulu konsertdən sonra götürülür. Tamaşaçının cibinin hesabına konsert verməmişəm. Edərdim bileti 300 manata, kim gələrdi? Etdim 20 manatdan 60 manata. Kim birinci sırada oturmaq üçün 60 manat ödəməz ki?".