Rafet problemlə üzləşdi

Rafet problemlə üzləşdi

20 Oktyabr 2017 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika turuna çıxmağa hazırlaşan müğənni Rafet El Roman maneə ilə üzləşib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Amerikaya qızlarını da aparmaq istəyən ifaçının arzusu baş tutmayıb. Belə ki, Rafetin 17 yaşlı qızı Şevval vizasını ala bilməyib. Amerikada 8 konsert verməyi planlaşdıran El Roman tura 19 yaşlı qızı Su ilə başlayacaq. O, Şevvalın gedə bilməmisindən təəssüfləndiyini deyib:

"Viza səbəbindən şok yaşadım. Çox pis oldum. Yaxşı ki, Su yanımda olacaq".