Günay keçmiş ərini yenidən məhkəməyə verdi

Günay keçmiş ərini yenidən məhkəməyə verdi

19 Oktyabr 2017 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş aktyor əri Tolga Karelə qarşı şikayət ərizəsi verib.

Axşam.az bildirir ki, model oğlu Cihangir üçün ödənilməli olan 500 lirəlik (təxminən 250 manat) alimentin yüksəldilməsi tələbini irəli sürüb. İstanbul Ailə Məhkəməsində keçirilən prosesdə tərəflərin vəkilləri iştirak edib.

Günayın vəkili Tolqanın 500 lirəlik alimenti də davamlı olaraq gecikdirdiyini bildirib. Lakin qarşı tərəfin vəkili bu ittihamla razılaşmayıb və aktyorun alimenti vaxtı-vaxtında ödədiyini söyləyib. Məhkəmə prosesi təxirə salınıb.

Xatırladaq ki, 4 il ailəli olan Günayla Tolqa ötən il boşanıblar.