Qəzaya düşən aktyordan şad xəbər

Qəzaya düşən aktyordan şad xəbər

19 Oktyabr 2017 09:20
168
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət öncə motosiklet ilə qəza keçirib xəstəxanaya yerləşdirilən aktyor Cerard Batlerdən xəbər var.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı aktyor yeni "Geostorm" filminin qala gecəsində görüntülənib.

O, vəziyyətinin yaxşı olduğunu, özünü tam sağlam hiss etdiyini bildirib.

Xatırladaq ki, "300 spartalı" filmində kral Leonid obrazı ilə tanınan Hollivud ulduzu motosiklet qəzası keçirmiş, bədəninin bir neçə yerində qırıqlar əmələ gəlmişdi.