Daha bir məşhur “Maşın” şoudan getdi

Daha bir məşhur “Maşın” şoudan getdi

18 Oktyabr 2017 08:59
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Murad Dadaşovun təqdimatında "Xanımlar vs cənablar" şüarı ilə, "ATV" telekanalında yayımlanan "Maşın realiti şou"nu tərk edən növbəti iştirakçı məlum olub.

Oxu.Az xəbər verir ki, iştirakçılar aparıcı Vüsalə Əlizadəni SMS səsverməsinə çıxarıblar.

Aparıcı əvvəlcədən ad açıqlamaq istəmədiyini bildirib. Hədəfində bir neçə nəfərin olduğunu deyən Vüsalə Əlizadə xanımlarla yarışmaq istəmədiyini qeyd edib.

Sonda 56,44 faiz səs toplayan V.Əlizadə meyxanaçı Vüqar Əbdülovu şoudan kənarlaşdırıb.