"Ezel"in aktyoru azərbaycanlı aktrisa ilə evləndi

"Ezel"in aktyoru azərbaycanlı aktrisa ilə evləndi

16 Oktyabr 2017 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Ezel" serialından tanınan aktyor İsyamyıl Filiz uzun müddətdir münasibətdə olduğu azərbaycanlı aktrisa Nuranə Bagiyeva ilə ailə qurub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün toyuna ailəvi dostları və yaxın dostları qatılıb.

Qeyd edək ki, Nuranə Bagiyeva 5 ildir Türkiyədə yaşayır. O, 1987-ci ildə Bakıda anadan olub. "Adını Feriha koydum" serialında Aynur, "Lale devri"ndə eda obrazlarını canlandırıb. "Göç zamanı", "Ezra" seriallarında da çəkilib.