Onun idmanla məşğul olma səbəbi başqadır

Onun idmanla məşğul olma səbəbi başqadır

10 Oktyabr 2017 09:50
241
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur kök model Eşli Qraham izləyicilərin marağına səbəb olan sualı cavablandırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, arıqlamaq istəməyən model tez-tez İnstaqram səhifəsində idman zalından paylaşımlar edir.

Sevənlərinin çoxdan bəri "Arıqlamaq fikrin yoxdursa, niyə idman edirsən" kimi ünvanladığı suala 29 yaşlı model nəhayət cavab verib.

O bildirib ki, idman onun həyatının ayrılmaz hissəsidir:

"Qətiyyən arıqlamaq fikrim yoxdur. Mən bədənimi belə sevirəm. Vücudumda artıq ətlər, sellulit mənə xoşdur. İdmanla isə ona görə məşğul oluram ki, sağlam, güclü, daha cazibədar olum, düzgün düşünüm, həm də sübut edim ki, bu təkcə arıqların deyil, biz köklərin də işidir".