"Deyirlər, ikisinin bir paltarı var" - xalq artisti

"Deyirlər, ikisinin bir paltarı var" - xalq artisti

7 Oktyabr 2017 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Gülyaz və Gülyanaq Məmmədova bacıları "10-dan sonra" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, bacılar eyni libasdan geyiniblər. Gülyanaq bunun səbəbini açıqlayıb:

"Bir libasdan ikimiz də alırıq. Bir verilişə mən, digərində Gülyanaq geyinir. Onda da deyirlər ki, ikisinin bir paltarı var. Ona görə də bu dəfə ikimiz də eyni libasdan geyindik".

G.Məmmədova daha sonra övladlarından danışıb:

"Telefonu uşaqların əlindən almaq olmur. Yeni telefon almışdım. Başım televizora qarışıb, balaca necə dişləyibsə, sınıb. Heç 8 aylıq övladımın əlindən telefonu ala bilmirəm".