Kişilər arasındakı qalmaqalın səbəbkarı qadınlardır" - Murad Dadaşov

Kişilər arasındakı qalmaqalın səbəbkarı qadınlardır" - Murad Dadaşov

3 Oktyabr 2017 14:16
223
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, əməkdar artist Murad Dadaşov media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, şoumen "Maşın" realiti-şounun 15-ci buraxılışı haqda sualları cavablandırıb.

Bildirilib ki, oyunda 9 kişi, 9 qadın yarışacaq. "Xanımlar və cənablar" devizi ilə efirə gedəcək "Maşın" ATV-də yayımlanacaq. Şounun yubiley buraxılışında iştirakçılara çoxlu hədiyyələr veriləcək.

M.Dadaşov şounun növbəti buraxılışı haqda bunları deyib:

"Bütün qalmaqalların, hay-küyün səbəbkarı qadınlardır. Kişilərin arasında olan mürəkkəb davaların da səbəbkarı qadınlardır. Burada kim necə birləşəcək irəlidəki günlərdə görəcəyik. "Maşın" haqqında çox söz-söhbət gəzir. Hər zaman səviyyədən danışılır. Biz də telekanalda səviyyə düşünəndə hər şeyi fikirləşirik.

Biz bəzi dialoqlarda səsi bağlayırıq. Orada söyüş olmurdu. Amma yenə də ən xırda məqamlara fikir veririk. Hər verilişdə maraqlı anlar yaşanır. Hətta elə bir şey göstərərik ki, partladar. Bəzi kadrları versək, reytinqləri alt-üst edərik. Amma buna yol vermirik. Bəzən iştirakçılar deyir o məqamı göstərin. O adam başa düşməyə bilər. Amma biz bilirik ki, efirdə olmaz. Özümüz özümüzü tənqid edirik".

Dadaşov 15-ci buraxılışın iştirakçılarından söz açıb:

"Maşın"da sadə insan yoxdur. Bura təsadüfi düşənlər ola bilməz. Bu dəfə fərqli insanlar dəvət edilib. Əvvəlki iştirakçılardan da yer alacaq. Hətta görəndə şok olacağınız insanlar da yer alır. Studiyamız da fərqlidir. Heç iştirakçıların bir-birindən xəbəri yoxdur. Adlar gizli saxlanılır. Final gecəni də indidən düşünmüşük. Möhtəşəm gecə, böyük konsert olacaq. Çalışırıq ən yaxşı kadrlarla çalışıb, səviyyəli iş təqdim edək".