Könül Kərimovanın başına iş gəlib...

Könül Kərimovanın başına iş gəlib...

5 Oktyabr 2011 14:45
2 589
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni dəri xəstəliyinə tutulub...

"Bir könüldən..." verilişinin aparıcısı Könül Kərimovanın başı dərddədir. Üzündə bir çox plastik əməliyyatlar etdirmiş, həmçinin, burnunu düzəltdirmiş Könül xanıma deyəsən, bu kimi gözəlliklər baha başa gəlib. Doğrudur, gözəllik qurban tələb edir. Amma "qurban"ın bu qədər ağır olacağını heç özü də bilməzdi...

Könül Kərimovada piqment xəstəliyi üzə çıxıb. Son vaxtlar əlində, bədəninin müxtəlif yerlərində ağ ləkələr əmələ gələn müğənni dərdinin çarəsini heç cürə tapa bilmir. Həkimlər bu cür xəstəliyi əsəb sistemini pozulması, əməliyyatın fəsadları və ya vitamin çatışmazlığı ilə əlaqələndirirlər. Bütün dava-dərmanlara, müalicələrə baxmayaraq, müğənninin ləkələri onun yaxasını buraxmır.

K.Kərimovanın pulları əsasən qrim ləvazimatlarına xərclənməkdədir. Deyilənə görə, əl-ayağa düşmüş müğənni bu xəstəliklə üzləşib, özü özünü müalicə edən bir nəfərə xəbər yollayıb ki, dəri xəstəliyindən qurtulmağın sirrini ona da açıqlasın. Hazırda K.Kərimova ona verilmiş müalicəni ev şəraitində həyata keçirməkdədir: dieta, müxtəlif vitaminlərlə zəngin olan yerli meyvələr. Eyni zamanda da düzgün və sağlam həyat tərzi.

Allah şəfa versin!

Könül Aypara

O.M.