Xalq artistinin yeni klipi Türkiyədə yayımlanacaq

Xalq artistinin yeni klipi Türkiyədə yayımlanacaq

5 Oktyabr 2011 12:31
1 258
Bəyəndim (0) Bəyənmədim (0)
Aygün Kazımovadan 70 min avroluq klip - "Düşün məni"...

Xalq artisti Aygün Kazımovanın "Düşün məni" klipi (mus: Sevinc Tağıyeva, söz: Sevinc Şirin ) artıq hazırdır. Məlumata görə, müğənninin bu klipdəki geyimlərindən biri Azərbaycan bayrağından hazırlanıb. Çəkisini maksimum dərəcədə azaltmağa nail olan Aygün Kazımova klipdə daha çox çimərlik geyimində görüntülənir.

Qeyd edək ki, "Düşün məni" klipi Aygün Kazımovaya 70 min avroya başa gəlib. Klip Kral TV-də yayımlanacaq. Türkiyədə aranjeman olunan klipi qonşu ölkədən gələn 22 nəfərlik 1 nömrəli peşəkar heyət çəkib. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın "Acımayacaq", eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Xalq artistinin yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınıb. Klip çəkilişləri 4 gün fasiləsiz davam edib. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.

Musiqi ruhun dostu, klip isə cibin düşmənidir...

Günel Həbib

O.M.