Barak Obama, Polad Alemdar və Abdülhey "Tarqovı"da görüşdü

Barak Obama, Polad Alemdar və Abdülhey "Tarqovı"da görüşdü

4 Oktyabr 2011 15:58
Bəyəndim (0) Bəyənmədim (0)
Həmyerlilərimizin səsi-sorağı türk saytlarından gəlir

Amerika lideri Barak Obama və Polad Alemdar Bakıda bir araya gəldilər. Daha doğrusu, onların bənzərləri Bakının "Tarqovı" küçəsində görüşdülər. Barak Obamaya bənzəyən Asif Mustafayev, Polad Alemdara bənzəyən Tural Əsgərov və Abdülheyin oxşarı Ruslan Namazovun səsi-sorağı türk saytlarından gəlməkdədir. Verdiyi müsahibədə Tural, "Necati Şaşmaza bənzərliyim gün işığına çıxdığı gündən bəri həyatım dəyişdi. Bu aralar İstanbula gəlmişdim, hamı məni Polad bilib, şəkil çəkdirirdi. Əgər belə getsə, aktyorluq akademiyasına yazılmaq fikrindəyəm", - deyə bildirib. Abdülheyin oxşarı Ruslan da Turalın bu sözlərinə qoşulub: "İstanbulda bizi onlara çox oxşatdılar". Və onu da qeyd edək ki, Barak Obamanın bənzəri Asif Mustafayev Moskvadakı ünlülərin bənzərləri müsabiqəsində 44 namizəd arasında birinci seçilib.

Günel Həbib

O.M.

http://video.haberturk.com/eglence/video/obama-ve-polat-alemdar-bakude-bulustu/54557