"Səni Türkiyədə yaşatdırmaram!"

"Səni Türkiyədə yaşatdırmaram!"

4 Oktyabr 2011 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Əvvəlcə İbodan şikayətçi oldu, sonra ona ərə getdi

Qısa müddət öncə İbrahim Tatlıseslə nikah masasına oturan Ayşegül Yılmaz haqda şok xəbərlər yayıldı. Sən demə, o, evlənmədən bir həftə öncə - yəni 19 sentyabrda Qaziosmanpaşa Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Ərizədə o, bildirib ki, İbrahim Tatlıses ona hədə-qorxu gələrək, "Səni Türkiyədə yaşatdırmaram, heç yerdə özünə iş tapa bilməzsən", - deyib. Ancaq bu barədə hüquqi baxımdan işləmlərin başlanılmasını hələ ki, təxirə saldırıb. Və evlənməmişdən bir həftə əvvəl şikayət ərizəsindən vaz keçdiyini bildirib.

Günel Həbib

O.M.