Ali kapitan qəssab oldu

Ali kapitan qəssab oldu

3 Oktyabr 2011 15:46
Bəyəndim (0) Bəyənmədim (0)
O, pullarını ət sektoruna yatırdı

"Öyle bir geçer zaman ki"nin Ali kapitanı - Erkan Petekkaya qazandığı pulu ət sektorunda dəyərləndirir. Xəbərə görə, aktyor planlaşdırdığı ət zəncirinin ilk dükanını İstanbulda açdı. "Mest Et Beef&Steak" dükanı üçün bir ildir dəridən-qabıqdan çıxdığını açıqlayan aktyor məkanın 150 min dollara başa gəldiyini söylədi. O, nəyə görə məhz ət sektorunu seçdiyini isə bu cür açıqladı: "Ət hər evə lazımdır. İnsanlar maddi vəziyyətləri necə olursa-olsun evlərinə 100 qram da olsa ət aparmaq məcburiyyətindədirlər. Ona görə də bu sektora sərmayə qoymaq mənə məntiqli gəldi".

Günel Həbib

O.M.