Fransa prezidentinin oğlu kiminlə sevgi münasibəti yaşayır?

Fransa prezidentinin oğlu kiminlə sevgi münasibəti yaşayır?

3 Oktyabr 2011 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidentinin oğlu atasının izi ilə addımlayır. Necə ki, Nikola Sarkozi könlünü top model Karla Bruniyə vermişdi - bu dəfə onun oğlu modelə aşiq oldu. İngilis "Daily Mail" qəzeti 25 yaşlı Pyer Sarkozinin Leonardo Di Kapriodan ayrılan israilli model Bar Rafaelli ilə sevgi münasibəti yaşadığını yazdı. Rafaellinin moda həftəsi üçün getdiyi Parisdə gecə klubunda Pyerlə gizlicə görüşməsi bu iddianı daha da alovlandırdı. Bütün gecə səmimi şəkildə əylənən ikilinin məkandan ayrı-ayrılıqda çıxması diqqət çəkdi.

Ot kökü üstə bitər.

Günel Həbib

O.M.