Hollivud ulduzları bizə kitab oxumağa hazırlaşırlar

Hollivud ulduzları bizə kitab oxumağa hazırlaşırlar

3 Oktyabr 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)
Səsli kitab yeni ildən etibarən satışa çıxacaq

Hollivud ulduzları bizə kitab oxuyacaqlar! Aralarında Keyt Uinslet, Dastin Hofman, Samuel L.Cekson, Kim Besincerin də olduğu Hollivudçular bizə kitab oxumağa hazırlaşırlar...

Səsli kitab şirkəti olan "audible.com"la müqavilə imzalayan ünlülərin səsləndirdiyi kitablar 2012-ci ildən etibarən satışa çıxarılacaq. Şirkətin açıqlamasında o deyilir ki, Kolin Förs, Meq Ryan da bu karvana qoşula bilər. Onların səsləndirəcəyi kitabların ismi də yavaş-yavaş gün işığına çıxmağa başlayır. "Bir Yerdə / Being There", " A Rage in Harlem/ Reyc Harlemdə " adlı bu və digər kitablar 2012-ci ildə piştaxtada görünəcək.

Kitab bilik mənbəyidir.

Günel Həbib

O.M.