Azəri qızı Günel İbrahimin əlini niyə öpdü?

Azəri qızı Günel İbrahimin əlini niyə öpdü?

3 Oktyabr 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)
İbo aylar sonra xəstəxanadan çıxdı

Bu günlərdə sürpriz evliliyi ilə gündəmə bomba kimi düşən İbrahim Tatlıses nəhayət ki, burnunu xəstəxananın qapısından çölə çıxara bildi. Həyat yoldaşı və dostları ilə Boğaz bölgəsini maşınla gəzən sənətçi daha sonra sükanı "Tatlıses Kebab"a tərəf çevirtdirdi. Sobanın başına keçib, Ayşegül Yıldız üçün lahmacun bişirən İbo onu əlləri ilə yedizdirdi. Kabab və məşhur "çiy köfte" həsrətinə son verən qəhrəmanımız "Twitter"də yazdı: "Necə də darıxmışdım".

Onu da xatırladaq ki, Tatlısesin Boğazda olduğunu eşidən Azəri qızı Günel məkana gələrək, ona hörmətini və sevgisini əlini öpərək göstərdi. Sənətçinin maşına rahat minməsi üçün xüsusi nərdivan hazır halda oldu. Onu 6-dan artıq cangüdən qorudu. Bu böyük gəzintidə müğənninin oğlu Əhməd və meneceri də var idi.

Əl öpənlərin çox olsun.

Günel Həbib

O.M.