Artıq Şakiranın da bir adası var

Artıq Şakiranın da bir adası var

30 Sentyabr 2011 11:52
Bəyəndim (0) Bəyənmədim (0)
Qonşudan qalma dala prinsipi...

Kolumbiyalı müğənni Şakira (Cenifer Lopez, Madonna, Beyons kimi) və "Pink Floyd"un sahibi Rocer Vaters şərik olaraq, 16 milyon dollara Karib dənizində ada aldılar. "Hindustan Times"in xəbərinə görə, Şakira və şəriki adada adət halını almış - qolf sahələri, sürətli yaxtalar və s. planlaşdırmırlar. Onlar daha çox incəsənət və mədəniyyətə üstünlük verəcəklər. Turizmə yeni anlayış gətirmək istəyən qəhrəmanlarımız eyni zamanda adada lüks otellər və plyajlar da düşünürlər.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.