Nayomi Kempellin Türkiyə planı

Nayomi Kempellin Türkiyə planı

29 Sentyabr 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Ünlü model qonşu ölkədəki Kleopatra adasında saray tikdirəcək

Dünyaca ünlü model Nayomi Kempelin gözü Türkiyədədir. İddialara görə, o, qonşu ölkədə Sedir adası adı ilə tanınan, kv. metri olduqca baha olan ərazidə ev inşa etdirəcək.

Milyarder rus sevgilisi Vladislav Dorov tərəfindən alınan ada Nayomiyə hədiyyə edilib. Və sonuncu da Türkiyəyə köçmək, burada yaşamaq üçün adada fantastik bir villa inşa etdirmək fikrindədir. Artıq evin rəsmləri ingilis mətbuatında yayımlanıb. Memarlar bu fotoları görüncə "bir ünlünün sahib olacağı bənzərsiz inşa" ifadəsindən istifadə ediblər. Xatırladaq ki, məşhurun məşhur evinin memarı ispan Luis de Qarrido olacaq. Onun inşa edəcəyi ev isə 25 otaqdan, tamamilə şüşədən ibarət olacaq.

Onu da qeyd edək ki, Sedir adasının başqa adı Kleopatradır. Bunun mənası isə bu cür ifadə edilir. Əfsanəyə görə, adadakı qumlar 3 min il əvvəl Kleopatra üçün sevgilisi Antonios tərəfindən 60 gəmi ilə Misirdən gətirilib.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.