Bu dəfə də hindli gözəlin dəri rəngi açıldı

Bu dəfə də hindli gözəlin dəri rəngi açıldı

29 Sentyabr 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
"Loreal" deyəsən, qara dərini sevmir...

Üç il öncə üzü olan Beyonsun dəri rəngini açaraq, irqçilikdə günahlandırılan və tənqid edilən "Loreal" firması yenə dediyindən dönmədi. Bu dəfə firma hindli gözəl Freida Pintonun fotosuna müdaxilə etdi. İki ildir firmanın üzü olan "Oskar"lı "Slumdog Millionaire" filminin baş qəhrəmanı "Colours Take Flight" (Rənglər Uçmağa Başladı) kampaniyası çərçivəsində fotoşoplandı. Yenidən irqçilikdə günahlandırılan "Loreal" bütün bunları rədd etdi. Ancaq fotolara baxıldığında 26 yaşlı hindli gözəlin dəri rəngindən əsər-əlamət qalmadığı açıqca sezilə bilər.

Günel Həbib

O.M.