Ceksonun ölümündən dərhal sonra çəkilən foto

Ceksonun ölümündən dərhal sonra çəkilən foto

29 Sentyabr 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Pop ulduzuna 2009-cu ildə aşırı həb verərək, onun ölümünə səbəb olan həkimi Konrad Murreyin mühakiməsinə start verildi. Ceksonlar ailəsinin də iştirak etdiyi məhkəmədə Mayklın ölümündən dərhal sonra çəkildiyi fotonun hakimə təqdim edildiyi an nəfəslər tutuldu. Los-Ancelesdəki məhkəməyə Mayklın anası Ketrin, atası Coy, bacı-qardaşları Canet, La Toya, Tito, Rendi və Cermaine də qatıldı. Sənətçinin heyranları da həkimin əleyhinə canlı yayında şüarlar səsləndirdilər. Murreyin vəkili Ed Çernof, "Maykl sürətlə öldü. Onun gözlərini açmağa belə vaxtı olmadı", - dedi. Qeyd edək ki, həkim sənətçidən aylıq 150 min dollar maaş alırdı, onun müalicəsi isə ildə Ceksona 5 milyon dollara başa gəlirdi. O ki qaldı ulduzun halının dəyişdiyi an "911" yardım xəttinə zəng etməməsinə, həkim Ceksonun şüurunu itirdiyi andan 24 saat sonra təcili tibbi yardıma zəng etdiyini məhkəmədə vurğuladı.

İgid ölər, adı qalar.

Günel Həbib

O.M.