Tarkan da "oyunçu" olacaq

Tarkan da "oyunçu" olacaq

27 Sentyabr 2011 14:38
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar güclərini birləşdirirlər

Bu günə qədər nə filmdə, nə də ki, serialda rol alan meqastar Tarkan artıq qəti qərarını verdi. O da digərləri kimi fəaliyyət sferasını qısa müddətlik də olsa dəyişəcək. Verdiyi konsertdə Cem Yılmazı ("Gora") görən müğənni, "Sənin filmini izlədim, çox güldüm. Qərara gəldim ki, yeni bir filmində rol alım", - dedi. Cem buna çox sevinsə də, üzərində işlədiyi "Yıldızların altında" layihəsində Tarkana uyğun bir rol olmadığını, lakin tezliklə yeni bir ssenari yazacağını söylədi. Hansı ki, o ssenaridə Tarkan hər hansı bir obrazı canlandıracaq.

Qonşu qonşuya baxar, özünü oda yaxar.

Günel Həbib

O.M.