Yeni "RoboCop" kim olacaq?

Yeni "RoboCop" kim olacaq?

27 Sentyabr 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

"RoboCop" yenidən mavi ekranda görünəcək! Məşhur braziliyalı rejissor Coze Padilha filmin yeni bölümünə can verməyə hazırlaşır. Hələ layihənin tam başında olduğunu söyləyən Padilha çəkilişlərə fevral-mart ayında başlayacaqlarını söylədi. O ki qaldı "RoboCop"a, baş rolda o, Maykl Fasbenderi görmək istədiyini vurğuladı: "Hələ onunla görüşmək üçün çox tezdir. Ancaq onu bəyənirəm və filmimdə görmək istəyirəm", - dedi. Siyahıda polis Aleks Mörfiyə can verməsi düşünülən digər isim isə Kris Payndır. Orijinalında olduğu kimi, bu dəfə də çəkilişlər Detroytda baş tutacaq. Əgər "RoboCop" "MGM" studiyasının yeni sürpriz qərarlarının qurbanı olmazsa, onu yeni ildə izləyə biləcəyik. Onu da əlavə edək ki, Padilha bu il "Oskar"a layiq görülmüşdü.

Günel Həbib

O.M.