Şahin Zəkizadənin xanımı: "Canımdan can getdi..."

Şahin Zəkizadənin xanımı: "Canımdan can getdi..."

17 Fevral 2017 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qan xərçəngi xəstəliyindən vəfat edən rejissor Şahin Zəkizadə bu gün dəfn olunacaq. Rejissorun ailə üzvləri, sənət dostları və yaxınları mərhumu son mənzilə yola salmaq üçün Yeni Yasamaldakı mənzilinə toplaşır.

Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bildirib ki, sonuncu dəfə onunla danışa bilməyib:

"Canımdan can getdi. Son vaxtlar deyirdi ki, Səbiş, şirin çay ver. O sözü məni çox sevindirirdi. İnanırdım ki, sağalacaq. Şahinin arzuları çox idi. Deyirdi ki, sağalım, oğlum Əli ilə idmana gedəcəyəm. Tapşırırdı ki, uşaqlara qışqırmayım. Mən də sözündən çıxmırdım. Əli bütün günü ata deyib çağırır. Şahin uşaqlarına doymadı. 37 yaşında bizi tərk etdi".
Zəkizadə Maştağada yerləşən "Seyidlər" qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. (musavat)

Mediainfo.az