Niyam Salaminin "Başının bəlası" - VİDEO

Niyam Salaminin "Başının bəlası" - VİDEO

15 Fevral 2017 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Niyam Salami yaradıcılığında yenilik edib.

Mediainfo.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Eli Qafarlıya, musiqisi Ruslan Səfəroğluna məxsus "Bu kimin balası" adlı mahnı oxuyub:

"Son günlər adımı əsassız mövzularda hallandırırlar. Bu sənətdə mənə düşmən olan insanlar məni xalqın gözündən salmağa çalışırlar. Amma bu heç zaman ola bilməz. Çünki insanlar mənim necə biri olduğumu yaxşı bilir. Hər zaman başımı aşağı salıb, öz işimlə məşğulam. Yeni mahnımın da sözlərini çox bəyəndim. Xüsusi ilə də "Başımın bəlası" sözünü. Bəzən istəmədən də başımıza bəlalar gəlir. İndi də mənim başıma bu bəla gəldi. Yəni yeni mahnım. Düşünürəm ki, yaxşı alınıb".

Şəlalə Nəriman