"Maykl Cekson diri ölü idi"

"Maykl Cekson diri ölü idi"

22 Sentyabr 2011 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
Ölümündən sonra belə ölməyən kral...

Maykl Ceksonun 25 iyun 2009-cu ildəki vəfatının ardından onun həkimi Konrad Murrey məhkəmə qarşısına çıxarılmışdı. O, pop kralına həddən çox dərman verməklə onun ölümündə günahlandırılır. Hakim qarşısına çıxan həkim bu dəfə Mayklın ölmədən bir müddət öncəki videosunu məhkəməyə təqdim etdi. Bu video kralın London konsertləri öncəsi keçirdiyi mətbuat konfransından görüntülərdir. Görüntülərdə Maykl həqiqətən xeyli yorulmuş, həyatdan əlini üzmüş kimi görünür. O, "Cəmi 10 konsert verəcəyəm. Bəli, sadəcə 10 konsert", - deyə bildirir. Hansı ki, o özü belə özünə 10 konserti yaraşdırmır. Sonradan, götür-qoydan sonra konsertlərin sayı nədənsə 50-yə qədər qaldırıldı. Murrayın vəkilləri konsertlərin sayının artırılması Ceksonun səhhətinə xeyli ziyan vurduğunu söyləyirlər.

Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli.

Günel Həbib

O.M.