Karyera qalib gəldi

Karyera qalib gəldi

14 Aprel 2011 18:50
Bəyəndim (0) Bəyənmədim (0)

"Yaprak dökümü" serialının Leylası - Gökçe Bahadır nişanlısı Ali Sunalla birlikdə 11 iyunda nikah masasına oturacaqdı. Ancaq...

Gökçe ilə Ali öncə İstanbulda rəsmi olaraq ər-arvad olacaq, daha sonra isə Yunan adalarında dostlarının yardımı ilə inanılmaz toy mərasimi düzənləyəcəkdilər. Lakin Çağan İrmakdan gələn film təklifi onların bu planını alt-üst etdi. Rejissor aktrisaya "Dedemin insanları" adlı filmdə çəkilməyi təklif etdi. Həm pulundan, həm də şöhrətindən olmaq istəməyən Gökçe də onun bu təklifinə "hə" cavabı verdi. Bu halda da toyun tarixi təxirə salındı. Ünlünün bu istəyini nişanlısı ilə birlikdə qayınanası Gül Sunal da dəstəklədi: "Toyu hər zaman reallaşdıra bilərik. Ancaq bu cür fürsət həyatda yalnız nadir halda qarşımıza çıxa bilər". Aktrisa isə, "İrmakla işbirliyi quracağım üçün o qədər xoşbəxtəm ki, o, mənim ən böyük xəyallarımdan biri idi", - deyib sevincini jurnalistlərlə bölüşüb. Bahadır yeni nikah tarixini önümüzdəki günlərdə ictimaiyyətlə paylaşacağına söz verdi.

Sonra da deyirlər ki, pul əl çirkidir...

Günel Həbib

O.M.