Con Travoltanın lüks maşını oğurlandı

Con Travoltanın lüks maşını oğurlandı

21 Sentyabr 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobil həvəskarı olan amerikalı aktyor Con Travoltanın maşını oğurlandı. Aktyorun Kaliforniyanın Santa-Monika şəhərindəki küçələrin birində park etdiyi avtomobilindən nə səs var, nə də soraq. "Grease", "Pulp Fiction" filmlərinin ulduzu maşınını "Jaguar" markalı avtomobilin qarşısında saxladıqdan sonra 10 dəqiqəlik bir məkana daxil olub. Lakin çıxışda üstü açıq "Mercedes-Benz 280SL"in orada olmadığının fərqinə varıb. Maşının dəyəri isə 35 min dollardır. Hazırda işə polis qarışıb.

Oğurluğun ömrü 40 gün çəkər.

Günel Həbib

O.M.