Tarkan 1 və ya 2 il həbs cəzası ala bilər

Tarkan 1 və ya 2 il həbs cəzası ala bilər

16 Sentyabr 2011 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Pop ulduz dünən ilk dəfə məhkəmə qarşısına çıxarıldı

Tanınmış pop müğənni Tarkan dünən narkotik qəbulu iddiası ilə hakim qarşısına çıxdı. Xatırladaq ki, dövlət ittihamçısı onun 1 ildən 2 ilədək azadlıqdan məhrum olmasını istəyir. Müttəhim bir müddət bu işlə məşğul olduğunu bildirərək dedi: "Həyatın və şöhrətin çətinliklərinə görə bir müddət narkotik maddələr qəbul etmişəm. Ancaq əməliyyatdan sonra bir daha narkotik qəbul etmədim. Əməlimdən peşmanam."

Məhkəməyə gələn media mənsubları ədliyyə işçiləri tərəfindən dəhlizə buraxılmadılar. İclasda müğənni ilə bərabər digər şübhəlilər də ifadə verirdilər. Ömer Faruk Miras, Tarık Miras, Kubilay Keskin, Özlem Dinler Altun, Recep Aytek, Bekir Saçar, Abdülmelik Geniş ve Mehmet Sami Geniş de müttəhimlər kürsüsünə qalxdılar. Məhkəmədə ilk dəfə ifadə verən Tarkan aylıq gəlirinin təxminən 25 min lirə (12500 manat) olduğunu bildirdi.

Tarkan məhkəmə sədri Serap Durmazın "narkotiki kimdən alırdınız" sualına bu cür cavab verdi: "Murat Erdoğandan təmənnasız alırdım. "Ayyıldız"ın ortağı olan Murat Erdoğan mənim köhnə dostumdur." Bundan başqa müğənni sosial mənsubiyyətinə görə TarıkMiras, Ömer Miras ve Gökhan Yüzbaşıoğlunu tanıdığını dedi. O biri şübhəliləri isə tanımadığını bildirdi. Tarkanın vəkili Günser Dede iş üzrə adları keçən şəxslərin çox olduğunu, buna görə müvəkkilinin işinə ayrıca baxılmasını məhkəmə heyətindən yazılı şəkildə xahiş etdi. Xahişi rədd ediləcəyi təqdirdə, Tarkanın nadir hallarda məhkəməyə çağırılması məsələsini qaldırdı. Məhkəmə heyəti birinci tələbi rədd etsə də, bütün müttəhimlərin zamində qalmasına qərar verdi.

Tarkanın vəkili jurnalistlərə açıqlamasında bildirdi ki, müğənni əcnəbi ölkələrdə konsert verməsi ilə əlaqədar birinci iclasa gəlməmişdi. Lakin məhkəmə onun zorla proseslərə cəlb olunmasına qərar verməmişdi.

İnsan şöhrət pillələrində nə qədər yuxarı qalxırsa, yerə çırpılmağı bir o qədər faciəli olur.

Ali Kan (Türkiyə)

O.M.