İbo 400 min avroya Yeni il günü ekranda görünəcək

İbo 400 min avroya Yeni il günü ekranda görünəcək

15 Sentyabr 2011 12:55
1 036
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, bir müddət öncə silahlı hücumdan qurtulan və müalicəsi hələ də davam edən İbrahim Tatlısesin ən böyük arzusu Yeni ildə səhnəyə çıxmaqdır. Əməliyyatla bütün sümükləri yerinə yerləşdirilən İbo İstanbula dönər-dönməz səhnəyə çıxacaq. Onun Yeni il günü səhnəyə çıxacağı kanalın adı onun özü üçün bəlli olsa da, bu haqda mətbuata açıqlama verilməyib. Lakin əldə olunan xəbərə görə, İbrahim o gün səhnəyə çıxacaq və qarşılığında təxminən 400 min avro qonorar alacaq. Özünü Tanrının möcüzəsi adlandıran sənətçi yeni "Möcüzə" adlı albom da çıxaracaq. Bu albom ona 500 min avroya başa gələcək. Üstəlik, albomda 3-ü özününkü olmaqla ümumilikdə 9 mahnı olacaq. Və bu mahnılar ünlü tərəfindən Yeni il günü çıxacağı kanalda səsləndiriləcək. Bəzi iddialara görə isə İbrahim "TNT" kanalı ilə masaya oturub.

İgid odur atdan düşə, atlana.

Günel Həbib

O.M.