Maykl Ceksonun 30 milyon dollarlıq mirası qalıb

Maykl Ceksonun 30 milyon dollarlıq mirası qalıb

15 Sentyabr 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Mayklın hətta məhəlləsindəki əczaxanaya də borcu olub

İki il öncə ürəyinə məğlub olan pop kralı Maykl Ceksonun 30 milyon dollar miras qoyub getdiyi məlum oldu. İngilis "The Sun" qəzetinin yazdığına görə, pullar Ceksonun 81 yaşlı anası Ketrin, uşaqları Prins, Blanket və Paris arasında bölünəcək. Ailə adından açıqlama verən vəkil 2009-cu ildə ölən Mayklın 310 milyon dollar borcu ödəndikdən sonra yerdə bu rəqəm qalıb. Bu günə qədər 750 milyon tirajla albomu satılan Elvis Presley, "Bitlz" kimi ulduzların yanında adı çəkilən Mayklın hətta məhəlləsindəki əczaxanaya də borcu olub, buna görə məhkəməlik də olublar. Bu və digər borclarını ödəmək üçün mərhum London konsertlərini vermək istəyirdi ki, Əzrayıl başının üstünü kəsdirdi.

İgid ölər, pulu qalar.

Günel Həbib

O.M.