Nikolsonun evi yanaraq kül oldu

Nikolsonun evi yanaraq kül oldu

13 Sentyabr 2011 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli Cek Nikolsonun Hollivudun ətəyindəki evi yanaraq kül oldu. Təxminən 90 yanğınsöndürənin ələ almaq istədiyi evdən geriyə sadəcə küllər qaldı. Aktyor 1973-cü ildə bu evi 40 min dollara almış, daha sonra kirayəyə vermişdi. Məhz kirayənişinlərin evdə olduqları zaman çıxan yanğında onlar yüngül xəsarət alıblar, dumandan zəhərləniblər. Xatırladaq ki, Nikolsonun Kaliforniyanın şimalında, Malibuda və Venays olyajında da evləri var.

İsti də oldu, tüstü də.

Günel Həbib

O.M.