Qladiatorları məğlub edən aktyor xərçəngə məğlub oldu

Qladiatorları məğlub edən aktyor xərçəngə məğlub oldu

12 Sentyabr 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)
Endi Vaytfild 39 yaşında vəfat etdi

"Spartacus: Qan və Qum" adlı serialın baş qəhrəmanı öldü. Son 1.5 ildir linfa xərçəngindən əziyyət çəkən məşhur aktyor Endi Vaytfild 39 yaşında gözlərini əbədi olaraq yumdu. Serialda qladiatorları məğlub edən aktyor təəssüf ki, gənc yaşında özü xərçəngə məğlub oldu. Onun ölümü bu gün bütün dünyaya səs saldı. Məlumata görə, aktyor Avstraliyanın Sidney şəhərində ölüb. Onu da xatırladaq ki, müalicə aldığı üçün Endi ötən sezonun əvvəlində layihədən ayrılmaq məcburiyyətində qalmışdı.

Günel Həbib

O.M.