Ledi Qaqaya türk mesajı

Ledi Qaqaya türk mesajı

14 Aprel 2011 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün dünyada olduğu kimi Türkiyədə və vətənimizdə böyük heyran kütləsinə sahib olan Ledi Qaqa Ozan Doğulunun (Kənan Doğulunun qardaşı) xəyallarını bəzəməkdədir. Müvəffəqiyyətli sənətçi Ozan dünyaca məşhur ulduzun "Born this way" adlı mahnısını aranjeman etdi və sinqlın yeni versiyasını ulduza çatdırdı. Hazırda ondan cavab gözləyən Ozan Doğulu böyük ümidlərlə yaşayır. Əgər Qaqa bu yeniliyi bəyənərsə, ikili birlikdə albom çıxaracaq.

Əvvəllər də türk stilisti Hüseyn Çağlayan ilə işbirliyi quran Ledi Qaqa türk musiqisini çox sevdiyini söyləmişdi.

Amma hələ də Ledi Qaqanı muğam oxutduran yoxdur...

Günel Həbib

O.M.