3 il sonrası üçün 300 kinoteatr bağlatdırdı

3 il sonrası üçün 300 kinoteatr bağlatdırdı

8 Sentyabr 2011 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Mahsun Kırmızıgül çox böyük düşünür! "‘Beyaz Melek", "Güneşi Gördüm", "New Yorkda Beş Minare'" filmləri ilə rejissorluq qabiliyyətini sübuta yetirən Mahsun ümumilikdə təxminən 8 milyon seyircini başına toplaya bilib. Üstəlik 35 milyon avroya qədər də pul qazanıb. Müğənni və artıq bacarıqlı rejissorun yeni layihəsi isə "Çanakkale Zaferi"dir. Hansı ki, bu zəfərin qazanıldığı gün, yəni 18 martda film izləyicilərin görüşünə gələcək. 2014-cü ilin məhz bu günü bəyaz pərdədə görünəcək olan film üçün indidən 300 kinoteatr bağlatdırılıb. İstehsal şirkəti olan "Pinema Film" Mahsunun bu işinin də uğurlu alınacağını bildirib.

İnanırıq ki, onun "Çanakkale Zaferi" kino aləmində zəfər qazanacaq.

Günel Həbib

O.M.