Elizabet Teylorun göz qamaşdıran kolleksiyası satışa çıxarılır

Elizabet Teylorun göz qamaşdıran kolleksiyası satışa çıxarılır

8 Sentyabr 2011 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bəyaz pərdədə karyerasına iki "Oskar"la bərabər onlarca mükafat sığdıran Elizabet Teylorun nadir zinət kolleksiyası satışa çıxarılır. Şəxsi həyatında 8 evliliyə imza atan və dünyanın ən nadir qızıl-zinət əşyalarına sahib olduğu üçün "qızıl kraliçası" ləqəbini alan Teylor yenidən gündəmə gəlir. 13-14 dekabr tarixlərində Nyu-Yorkdakı muzeydə düzənlənəcək olan mərasimdə 79 yaşında ürək çatışmazlığından ölən Taylorun kolleksiyasından 750 parça maraqlıların gözünü qamaşdıracaq. Toplam qiyməti 30 milyon dollar olan kolleksiyadan əldə edilən pulların bir qismi Elizabet Teylor QİÇS Vəqfinə, qalanı isə onun mirasçılarına veriləcək. Kolleksiyadakı "La Pereqrima" adlı 16-cı əsrdən qalma almaz, mirvari və yaqutdan ibarət olan kolyenin diqqət çəkməsi gözlənilir. Sonuncunun 2-3 milyon dollara yeni sahibinə qovuşacağı gözlənilir.

Camaatın ölüsü də pul qazanır.

Günel Həbib

O.M.