Nəhənglər İstanbula gəlir...

Nəhənglər İstanbula gəlir...

14 Aprel 2011 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Jon Bon Jovi, Ami Vinhousdan sonra "ser" Elton Con da rotasını İstanbula tərəf çevirdi. Dünya turnesi çərçivəsində 21 ölkə, 47 fərqli şəhərdə konsert verəcək olan Con 5 iyul tarixində İstanbulda, bir gün sonra isə Ankarada verəcəyi konsertlə pərəstişkarlarının qarşısına çıxacaq. O ki qaldı biletlərin qiymətlərinə, 75 avrodan 550 avroya kimi yüksəlir.

Dünyaca məşhur daha iki ulduz da "İstanbul" dedi! Bunlardan biri 20 iyunda səhnəyə çıxacaq olan Ami Vinhaus, digəri isə Jon Bon Jovi 8 iyulda sevənlərinə inanılmaz əyləncəli gecə yaşadacaqlar. İstanbula gələcəkləri aylar öncə bilinən məşhurların konsert biletləri satışa təqdim edildi. Ancaq hər iki starın konsert biletlərinin qiyməti əl yandırır. Jonu dinləmək istəyənlər 130, Amini dinləmək istəyənlər isə ən az 150 manatlarından vaz keçməli olacaqlar.

Günel Şahməmmədova