Mister Bin bizlərlə vidalaşdı

Mister Bin bizlərlə vidalaşdı

7 Sentyabr 2011 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
56 yaşlı aktyor təqaüdə çıxır?

İngilis aktyor, 56 yaşlı Rouen Atkinsonun dediyinə görə, bundan sonra da Mister Bin rolunda oynamaq üçün çox qocadır. 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı hədsiz populyarlıq və reytinq qazanmışdı. Belə ki, serialın növbəti seriyası göstəriləndə ona Britaniyada ən azı 18 milyon insan baxırdı. Mister Bin hətta o qədər populyarlaşmışdı ki, xarici ölkələrin "qəhrəman"larının asan qəbul olunmadığı ABŞ-da da ani olaraq məşhurlaşmışdı. Daha sonra, 1997-ci ildə, "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Binin istirahəti" (Mr Bean's Holiday) filmi çəkildi. Atkinson öz obrazını "insan dərisindəki dana" adlandırırdı. "Bundan sonra nə zamansa Bin olmayacağımı tam qətiyyətlə demək istəməzdim. Amma nə edəsən ki, bu obraz üçün çox qocayam. Yaşlaşmışam, Mister Bin artıq mənlik deyil. Onu əvvəllər zaman meyarlarından xaric, əbədi bir obraz sayırdım. Lakin vaxt keçir, hər şey dəyişir", - Atkinson deyib.

Atkinson görünür, "qocalıqda yorğalıq" eləmək istəmir.

Günel Həbib

O.M.