İş adamı tanınmış aktyorun biznesini çökdürdü

İş adamı tanınmış aktyorun biznesini çökdürdü

16 Sentyabr 2016 08:37
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist Əjdər Həmidova maddi zərbə

Bakıxanov qəsəbəsində "Troy" supermarketi olan aktyor müflis olub.
Artıq market bağlanıb və obyekt təhvil verilib. Həmin supermarket "Akkord" yaşayış kompleksində yerləşirdi. Uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, Ə.Həmidov daha böyük zərər etməsin də supermarketi bağlamalı olub.
Buna səbəb isə iş adamı Rasim Nəbiyev olub. R.Nəbiyevin həmin ərazidə nəhəng "Sərham" marketi fəaliyyət göstərir. Sahibkar əməkdar artistlə rəqabətdə daha böyük maliyyə imkanlarına malik olduğuna görə onu sıradan çıxara bilib.
R.Nəbiyevin qəsəbə ərazisində "Ülvi" şadlıq sarayı var. Eyni zamanda Bakıxanov çörək zavodu da biznesmenə məxsusdur. Onun bu massivdə inhisarçılıq etdiyi deyilir.
"Sərham" marketdə isə digər supermarketlərlə müqayisədə bahalıqdır və süni qiymət artımına yol verilir. Üstəlik, işçilər az maaşla istismar olunur. R.Nəbiyev Ə.Həmidovu sıxışdırmaqla bu yaşayış massivində böyük imkanlar əldə edib. Tərəfləri dinləməyə hazırıq. (politika.az)

Mediainfo.az