“Kösem Sultan”da daha iki aktyor

“Kösem Sultan”da daha iki aktyor

9 Sentyabr 2016 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni mövsümdə "Fox Tv"də yayımlanacaq "Muhteşem Yüzyıl Kösem Sultan" serialında obrazları canlandıracaq aktyorların adları da dəqiqləşir.

"Oxu Məni" qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Əhməd Çələbi" rolunu oynamaq üçün aktyor Nəcib Məmili ilə razılıq əldə olunub.

"Dila Hanım" serialında "Azər Barazoğlu" obrazı ilə yaddaşlarda qalan aktyor, artıq "Kösəm Sultan"ın hazırlıqlarına qoşulub.

Bundan başqa, "Ayşə Sultan" obrazını da Leyla Ferayın oynayacağı dəqiqləşib. Qeyd edək ki, serialın rejissoru Çağatay Tosundur.

Günel