Rol üçün bunu etdi, halı pisləşdi

Rol üçün bunu etdi, halı pisləşdi

9 Sentyabr 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Türk aktyor Murad Yıldırım çəkildiyi filmdə rolunu daha yaxşı canlandırmaq üçün həqiqi əməliyyatı izləyib.

"Oxu Məni" qəzeti "Habertürk"ə istinadən xəbər verir ki, əməliyyat gedişində 37 yaşlı aktyorun halı pisləşib və özündən gedib.

Dərhal çölə çıxardılan aktyora ilkin müdaxilə edilib və özünə gəlib. M.Yıldırım deyib ki, əməliyyatda qan gördüyü üçün özünü pis hiss edib.

Qeyd edək ki, hələlik adı açıqlanmayan filmdə Murad baş rolu Fahriye Evcenlə bölüşəcək.

Günel